HaqqımızdaXidmətlərMarketinq və sayt haqqında məqalələrRUEN

odda / JOURNAL

Bakıda SMM qiyməti: paketləri necə müqayisə etməli

Sosial şəbəkələr: smartfon və kontent kartları

SMM strategiya, kontent istehsalı, paylaşım, ünsiyyət və təhlildən ibarətdir. Təklifləri müqayisə edərkən əvvəl işlərin tərkibinə, sonra qiymətə baxın.

Qiymətə nə daxildir

Şəkil, Stories, animasiya və Reels formatlarını dəqiqləşdirin. Mətn, dizayn, montaj, təsdiq və auditoriya ilə ünsiyyət üçün kimin məsul olduğunu soruşun. Eyni paylaşım sayı eyni iş həcmi demək deyil.

Reklam büdcəsini ayrıca hesablayın

Komandanın xidmət haqqı və reklamın göstərilməsinə ayrılan vəsait fərqli xərclərdir. Platformaları, büdcəni və hesabat göstəricilərini razılaşdırın. Müraciət qiymətini onun keyfiyyəti və satış prosesilə birlikdə qiymətləndirin.

odda paketləri

SMM 360 ayda 900 ₼-dir: 30 paylaşım — 20 şəkil və 10 animasiya — üstəgəl 30 Stories. Çəkilişin tərkibi brendə uyğun razılaşdırılır. Reklam büdcəsi ayrıca ödənilir. Xidmətləri SMM səhifəsində və kalkulyatorda müqayisə edin.

Başlamazdan əvvəl

Hesablar və materiallar kimə məxsusdur? Təsdiq prosesi necədir? Əlavə iş nə sayılır? Hesabata hansı məlumatlar daxil edilir? Bu suallar uyğun əməkdaşlıq formatını seçməyə kömək edir.

Həmçinin oxuyun